Goal saytının verdiyi xəbərə görə, Merseyside təmsilcisi hazırki forma sponsoru New Balance ilə olan müqaviləsini yeniləməyəcək. Liverpool, Manchester United ilə birlikdə Premier Liqada forma tədarükündən ən çox pul qazanan komanda olmaq istəyir.
ONBİR, Telegraph`a istinadən xəbər verir ki, Liverpool və Nike arasında keçirilən müzakirələrdən sonra, Çempionlar Liqası qalibi komandanın rəhbərliyi, Manchester United`in Adidas`dan qazandığı 75 milyon funt sterlinq dəyərində olan müqavilədən daha çox bir məbləğ tələb edib.
Hazırda New Balance ilə olan razılaşmanın isə dəyəri 45 milyon funt sterlinqdir. Lakin New Balance, Türkiyə də daxil olmaqla bir çox ölkədə forma satışı etmir və Liverpool rəhbərliyi forma satışını bir çox ölkədə artırmaq niyyətindədir.
Qeyd edək ki, hal hazırda forma sponsorluğundan ən çox gəlir əldə edən komanda Barcelona`dır. Katalonya nəhəngi Nike`dan illik 100 milyon funt sterlinq qazanır. Real Madrid isə 2020-ci ildən etibarən Adidas ilə olan müqaviləsini yeniləyərək ildə 110 milyon funt sterlinq almaq istəyir.