Avqustun 1-də keçirilən inauqurasiya mərasimində and içərək fəaliyyətə başlayan Mavritaniyanın yeni Prezidenti Məhəmməd uld əş-Şeyx əl-Qəzuani avqustun 9-da növbəti hökumətin formalaşdırıldığını elan edib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin rəsmi televiziya kanalı məlumat yayıb