Tehranın keçmiş meri Mohammad Ali Najafi bu ilin əvvəlində ikinci arvadını qətlə yetirməkdə təqsirli bilinərək ölümə məhkum edilib.
Ədliyyənin sözçüsü Gholamhossein Esmaili iyulun 30-da deyib ki, keçmiş merə edam cəzası kəsilib.
67 yaşlı Najafi qanunsuz odlu silah saxlamağa görə iki illik həbsə də məhkum olunub.
20 gün ərzində bu hökmlərdən ali məhkəməyə apelyasiya şikayəti verilə bilər.
Najafi-nin həyat yoldaşı Mitra Ostad mayın 28-də Tehrandakı evlərində ölü tapılıb. Rəsmilər Najafi-nin hakimiyyətə təslim olduğunu, ailə məsələlərindən dolayı arvadını öldürdüyünü boynuna aldığını bildirib.
İranda silah zorakılığı nadir hadisə sayılır.
Şəriət qaydalarına görə İranda çoxarvadlılıq qanunidir.
Najafi vaxtilə ölkənin vitse-prezidentlərindən olub.