Avqustun 1-dən Kosta-Rikanın Bakıdakı səfirliyinin fəaliyyətini dayandıracağı bildirilir.
«Report»un xəbərinə görə, səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bu məsələni şərh edərkən, yalnız bunları deyib: «Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur».
Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabrında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.