“BAL LİNE” şirkətinin rəsmi ticarət markası “ETOPAZ”ın baş sponsorluğu ilə 30 iyun tarixində mərhum jurnalist Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib. Elnur Əşrəfoğlu uzun illər Azərbaycan Televiziyasında, Azərbaycan Cüdo Federasiyasında və “Neftçi” Futbol Klubunda çalışıb. ETOPAZ, Azərbaycan Mətbuat Şurası və AFFA-nın dəstəyi ilə keçirilən görüşdə veteran futbolçular, hakimlər, tanınmış jurnalislər, sənət […]
Sabah Bakının Nərimanov, Nəsimi, Səbail və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Türkiyənin Üsküdar Universitetinin rektoru Nazifə Güngör, universitetin dossenti, Yeni Media kafedrasının müdiri Gül Esra Atalay, “European Culture Center” təşkilatının direktoru, Üsküdar Universitetinin doktorantı Könül Vəlibəyli Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub.
Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub. Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti...
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şuşa “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və […]
Ötən mövsümü icarə əsasında “Xetafe”də keçirən Meyson Qrinvud “Mançester Yunayted”ə qayıdıb. Futbolpress.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Qırmızı şeytanlar” ingilis futbolçunu satmaq niyyətindədir. Qrinvud ilə Türkiyənin “Fənərbağça”, İtaliyanın “Yuventus”, “Latsio”, Fransanın “Marsel” komandaları maraqlanır. 22 yaşlı hücumçu ötən mövsüm 36 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi, bina 20, mənzil 5 ünvanında yerləşən "Eldar" aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.