"Əsas vacib olan məqamlardan biri işğaldan azad olunan ərazilərdə məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Təhsil siyasətinin digər hədəfi isə icma əsaslı təhsilin miqyasının genişləndirilməsidir".
Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Astana" klubuna keçib. Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlama...
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.
Argentina yığmasının Amerika Kubokunun 1/4 final mərhələsindəki rəqibi məlum olub. Futbolpress.az xəbər verir ki, “tanqoçular” B qrupunu ikinci sırada bitirən Ekvadorla üz-üzə gələcək. A qrupunda ikinci olan Kanada isə B qrupunun lideri Venesuela ilə üz-üzə gələcək.
Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı “Lill”dən ayrılıb. Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə özü açıqlama verib. O, Fransa klubu ilə vidalaşıb. Yusuf 2019-cu ildə “Trabzonspor”dan “Lill”ə keçib. O, Liqa 1-də 96 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Futbolpress.az xəbər verir ki, “şirlər” qapıçı Kamal Bayramovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə bir illik müqavilə imzalanıb. Bayramovun son klubu “Turan Tovuz” olub.
“Şamaxı” heyətini formalaşdırmaq üçün transfer çalışmalarını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, bölgə təmsilçisi qapıçı Kamal Bayramovu heyətinə qatıb. Qolkiperlə bir illik müqavilə...
İspan futbolçu Serxi Roberto “Barselona”dan ayrılıb. Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb. 32 yaşlı oyunçu “Barselona”nın yetirməsi idi. O, 2013-cü ildən əsas komandada forma geyinirdi. Roberto La Liqada 245 oyunda 12 qol vurub, 34 məhsuldar ötürmə edib. O, “Barselona” ilə 2 dəfə Çempionlar Liqasını qazanıb.