Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən artıq 20 uşaq himayədar ailələrə verilib. Onlardan 5-i oğlan, 15-i qızdır.
Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” iki dəfədən çox genişləndirilib.
"Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır".
Saat 14:00-a olan məlumata əsasən, əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.
İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb. […]
İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına dəyişiklik edilib.
Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.