İngiltərə millisinin futbolçusu Cud Bellingem Avro-2024-də Serbiyanı məğlub etdikləri görüşü şərh edib. Futbolpress.az xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan yarımmüdafiəçi bunları deyib: “İlk hissədə hər komandaya qol vura biləcəyimizi göstərdik. İkinci hissədə isə necə müdafiə olunduğumuzu göstərdik. Bir az çətinlik oldu, ancaq qol buraxmadıq. Belə vəziyyətlərdə bir qol vurmaq daha yaxşı olur. Ümumiyyətlə, […]
ABŞ-ın vəd etdiyi silahlar cəbhə xəttinə gəlməyə başlayıb, lakin bu, rus hərbçiləri dərhal geri çəkmək üçün kifayət etməyəcək.
“Atalanta” ötən mövsümü icarə əsasında komandada keçirən Şarl de Keteların transfer hüquqlarını “Milan”dan alıb. Futbolpress.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şarl ilə razılaşmanın detalları açıqlanmayıb. Belçikalı futbolçu ötən mövsüm “Atalanta”da 50 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.
Harri Keyn İngiltərə millisinin rekordçusu olub. Futbolxeber.az saytının “Opta Sports”a istinadən verdiyi məlumata görə, təcrübəli hücumçu Avropa və dünya çempionatlarında millinin heyətində ən çox oyun keçirən futbolçu ünvanına...
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara gedib.
“Napoli” klubu bəyanat yayıb. Futbolpress.az xəbər verir ki, Neapol təmsilçisi yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı satmaq istəmədiklərini bəyan edib: “Kvaratsxeliya bizim oyunçudur. 2027-ci ilin yayına kimi müqaviləsi var. O, satışda deyil. Agentlər oyunçuların hara gedəcəyinə qərar vermir. Ancaq biz onun müqaviləsinin nə qədər davam edəcəyinə qərar verə bilərik”. Kvaratsxeliyanın agenti dünən açıqlamasında müştərisinin klubdan ayrılmaq istədiyini deyib.
“Napoli”nin futbolçusu Mario Rui karyerasını Türkiyədə davam etdirə bilər. Futbolpress.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə “Fənərbağça” maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Rui ilə “Fənərbağça”dan başqa daha bir neçə klub maraqlanır. Futbolçu ilə bağlı son qərarı “Napoli”nin yeni baş məşqçisi Antonio Konte verəcək. Mario ötən mövsümdə 28 oyunda 2 qol vurub.
“İstərdim ki, milli üçün onun fəaliyyəti uğurlu olsun. Amma inanmağım gəlmir”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq üzvü Rahid Əmirquliyev Fernandu Santuşun təyinatına münasibət...
2024-cü ilin mayında Rusiya Avropaya qaz tədarükündə ABŞ-ni keçib.
Qaret Sautqeyt İngiltərə millisinin tarixinə düşüb. Futbolpress.az xəbər verir ki, mütəxəssis komanda ilə ən çox oyun keçirən üçüncü baş məşqçi olub. Avro-2024-də Serbiya ilə matç mütəxəssisin yığmadakı 96-cı oyunu olub. Bu göstəricidə rekordçu Uolter Uinterbottomdur. O, millini 139 matça çıxarıb.
Sloveniya millisinin baş məşqçisi Matey Kek Avro-2024-də Danimarkaya qarşı keçirdikləri oyunu şərh edib. Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib: “Birinci hissədə Danimarkaya çox hörmət etdik. Rahat oynadılar, qol vurdular. Fasilədən sonra toparlandıq və təzyiqi üstümüzdən ata bildik. Daha yaxşı göründük və inkişaf etdiyimizi gördüm. Tribunalardan əlavə enerji gəlirdi ki, […]
Bu gün Avropa çempionatında daha üç görüş keçiriləcək. Futbolpress.az xəbər verir ki, D qrupunda Fransa Avstriya ilə üz-üzə gələcək. E qrupunda Belçika Slovakiyanı, Ukrayna isə Rumıniyanı sınağa çəkəcək. Avro-2024 Qrup mərhələsi, I tur E qrupu 17:00 Rumıniya – Ukrayna 20:00 Belçika – Slovakiya D qrupu 23:00 Fransa – Avstriya