Oman yazıçısı və müəllimi Coxa Alharthi 2019-cu ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müsabiqənin münsiflər heyəti Coxa Alhartini “Səma cisimləri” (Celestial Bodies) kitabına görə bu mükafata layiq görüb. Əsərdə üç nəsil Oman ailəsindən bəhs edilir