Oktyabrın 31-də Ermənistan parlamenti hökumətin təqdim etdiyi amnistiya layihəsini birinci oxunuşda qəbul edib. Layihə Birinci Ermənistan Respublikasının 100-cü və paytaxt Yerevanın təməlinin qoyulmasının 2800-cü ildönümü münasibətilə hazırlanıb.
İclasda iştirak edən 72 deputatın hamısı layihəni dəstəkləyib. İkinci, yekun oxunuş sabah – noyabrın 1-də keçiriləcək.
Ədliyyə nazirinin vəzisini icra edən Artak Zeynalian layihəni parlamentdə təqdim edərkən deyib ki, bu layihə 6 min 500-dək adamı əhatələyəcək. 270 məhbus, yaxud Ermənistandakı məhbusların 15 faizə qədəri həbsdən buraxılacaq.
Bu layihə çərçivəsində Sasna Tsrer silahlı qrupu üzvlərinin də amnistiyaya düşəcəyi gözlənir. Bu qruplaşma 2016-cı ilin iyulunda Yerevanda polis məntəqəsini tutaraq iki həftə nəzarətdə saxlayıblar. 2015-ci ildə çevriliş planlaşdırmaqda təqsirli bilinmiş radikal müxalif Təsisçi Parlament hərəkatının üzvləri də amnistiyaya düşə bilər.
Ancaq amnistiya ağır cinayətlər törətmiş, qaçaqmalçılıq, vətənə xəyanət, terror hərəkətləri, sabotajda təqsirli bilinənlərə aid olunmayacaq.