Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə qoşulub. Güləşçilərimizin ikisi səkkizdəbir finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb