Türkiyə prezidenti Recep Tayyip Erdogan seçki kampaniyası çərçivəsində ölkənin kürd regionunda olub. O, 24 iyun prezident və parlament seçkisi öncəsi dəstəyini artırmağa çalışır.
Erdogan iyunun 3-də əsasən kürdlərin yaşadığı Diyarbəkirdə deyib ki, partiyası bu regionun yenidən qurulması, zorakılıq illərindən sonra burada sülhün bərqərar olması üçün əlindən gələni edib.
Onun sözlərinə görə, regionda “son 40 ildə görünməyən sülh hökm sürür”, “dövlət xalqa heç vaxt indiki kimi yaxın olmayıb”.
1980-ci illərin ortalarından Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyədə muxtariyyət uğrunda silahlı mübarizə aparır. Ankara, ABŞ və digərləri PKK-nın terror təşkilatı sayır.
Erdogan-ın kürd yaraqlılarla apardığı sülh danışıqları 2015-ci ildə iflas edib.
Kürdlər Türkiyə əhalisinin beşdə birini təşkil edir.
Erdogan iyunun 24-nə, ilkin planlaşdırılandan bir il öncəyə seçki təyin edib.Seçkidən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.