Çin Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Vaşinqton hədələdiyi tarifləri və digər tədbirləri tətbiq etsə, iki ölkənin əldə etdiyi ticarət və biznes sövdələşmələri qüvvəyə minməyəcək.
Bu bəyanatı rəsmi Xinhua agentliyi iyunun 3-də yayıb. Həmin gün Pekində iki ölkə arasındakı danışıqlar başa çatıb.
Danışıqları ABŞ-ın ticarət naziri Wilbur Ross və Çin baş nazirinin müavini Liu He aparıb. Ancaq bəyanatda tərəflərin hər hansı razılığa gəldiyi qeyd olunmur.
Birləşmiş Ştatlar 50 milyard dollarlıq Çin məhsuluna tarif qoymaqla hədələyib. ABŞ prezidenti Donald Trump Ticarət Təmsilçisi Robert Lighthizer-dən xahiş edib ki, daha 100 milyardlıq Çin məhsulunun vergiyə cəlb olunmasını nəzərdən keçirsin.
Çin isə buna cavab olaraq 50 milyard dollarlıq ABŞ məhsulunu hədəfə alıb. Bütün bunlar qlobal ticarət müharibəsi sarıdan əndişələr yaradıb.