Qvatemalada Fuego vulkanının püskürməsi nəticəsində azı 25 nəfər həlak olub, 300-dək adam xəsarət alıb.
Paytaxt Qvatemala şəhərindən 40 kilometr cənub-qərbdəki Fuego (Alov) Vulkanı iyunun 3-də püskürüb. Qırmızı lava bir neçə kənddə evləri dağıdıb, içəridəki adamlar yanıb.
Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin rəhbəri Sergio Cabanas-ın deməsinə görə, lava çayı El Rodeo kəndində adamların yanmasına, xəsarət almasına, ölməsinə səbəb olub.
Qvatemala şəhərində La Aurora aeroportu bağlanıb.
Bu, Fuego vulkanının son 40 il ərzində ən iri püskürməsi sayılır.