Eurovision mahnı müsabiqəsinin ilk qalibi Lys Assia 94 yaşında vəfat edib.
Assia bu mükafatı 1956-cı ildə İsveçrədə keçirilən müsabiqədə, “Refrain” mahnısıyla qazanıb.
Onun martın 24-də Sürixdə dünyasını dəyişdiyi, son illər sağlıq problemləriylə mübarizə apardığı bildirilir.
Eurovision Assia-nı müsabiqənin “birinci ledisi” adlandırıb, bir neçə gün ərzində onun xatirəsinin anılacağını bildirb.