Bakı/16.03.18/Turan: Dövlət Gömrük Komitəsi martın 16-da saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışan biznes subyektlərinin yeni siyahısını açıqlayıb. Bu sənədlərə görə, idxal olunan malların real qiyməti 548,6 min ABŞ dolları və 184,5 min avro azaldılıb.