Qazaxıstanda həbsdə olan biznesmen Muratkhan Toqmadi siyasi ittihamlar irəli sürülmüş iş üzrə 10 il yarım həbsə məhkum edilib.
Hökm martın 16-da çıxarılıb.
Toqmadi fevralda etiraf etmişdi ki, 2014-cü ildə ov zamanı TuranAlem Bank-ın rəhbəri Erzhan Tatishev-i qətlə yetirib.
Biznesmen ötən iyunda pul qoparmaq və qanunsuz odlu silah saxlamaq ittihamıyla 3 illik həbsə məhkum edilmişdi.
O, məhkəmədə bankiri xaricdə yaşayan maqnat, prezident Nursultan Nazarbaev-in tənqidçisi Mukhtar Ablyazov-un göstərişiylə öldürdüyünü bildirmişdi.
Tatishev-in ölümündən sonra Ablyazov bankın başına keçdi.
Ablyazov 2009-cu ildən xaricdə yaşayır, o, Qazaxıstan, Rusiya və Ukraynada 5 milyard dolların mənimsənilməsində şübhəli bilinərək axtarılır.
Özü isə ittihamları rədd edir, bankinin qətlini sifariş verməsini “yalan” adlandırır.