Qazaxıstanda şaxtalı hava şəraiti davam edir, paytaxtın kənar yerlərlə əlaqəsi kəsilib, yollar, məktəblər bağlanıb, onlarla sakin donvurma nəticəsində xəstəxanaya aparılıb.
Ölkə ərazisində -40 dərəcə şaxta qeydə alınıb. Səhiyyə Nazirliyi yanvarın 24-də bildirib ki, son günlər azı 223 nəfərə donvurma diaqnozu qoyulub, 73 nəfər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyi paytaxt Astanaya giriş-çıxışın məhdud olduğunu, səkkiz regionda magistral yolların bağlandığını deyib.
Son 24 saat ərzində 15 uşaq daxil olmaqla 338 nəfər qar uçqunundan xilas edilib.
Bu Orta Asiya ölkəsində bir çox məktəb, universitet də sərt hava şəraitinə görə qapadılıb.