Bağdadın mərkəzində iki partlayış törədilib, azı 38 nəfərin həlak olduğu, 105 nəfərin yaralandığı xəbər verilir. Məlumatı İraqın Xarici İşlər Nazirliyi yayıb.
***
Bağdadın mərkəzində iki partlayış törədilib, azı 16 nəfərin həlak olduğu xəbər verilir. Məlumatı İraqın Xarici İşlər Nazirliyi yayıb.
Qurumun sözçüsü Saad Maan-ın deməsinə görə, intiharçı hücumları yanvarın 15-də səhər paytaxtın mərkəzində törədilib.
Bağdad Səhiyyə Departamenti daha yüksək ölü sayı açıqlayıb, azı 26 nəfərin öldüyünü, 90 nəfərin yaralandığını bildirib.
Həkim Abdel Ghani al-Saadi-nin deməsinə görə, “26 nəfər ölüb, 90 nəfər yaralanıb”.
Şahidlərin Almaniyanın dpa agentliyinə deməsinə görə, partlayış tikinti fəhlələrinin toplaşdığı yerin yaxınlığında baş verib.