Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların 2028-ci ilə qədər təxirə salınacağı barədə Baş nazir İrakli Kobaxidzenin açıqlamasından sonra noyabrın 28-dən etibarən müxalifət etiraz aksiyalarına başlayıb. Bu aksiyalar “Xarici agentlər haqqında” qanun qəbul edildikdən sonra ilin əvvəlindən bəri fasilələrlə davam edir. Artıq dördüncü gündür ki, etirazlar zamanı nümayişçilər tərəfindən çaxnaşmalar, daşlar və şüşələr atılıb. Həmçinin, “Molotov kokteylləri” də aşkar edilib, amma sonradan bu məlumat təkzib edilib. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı xüsusi texnikadan, o cümlədən su püskürtmə maşınları və gözyaşardıcı qaz istifadə ediblər