“İnter Mayami”nin hücumçusu Lionel Messi Avropa ölkələrinin liqaları ilə ABŞ çempionatının müqayisə edib.
Futbolpress.az xəbər verir ki, o, bununla bağlı AS nəşrinə açıqlamasında danışıb:
“MLS-də bir həftədə çox oyun keçirmirsən. Avropadakından fərqli olaraq ABŞ-də daha çox istirahət etmək imkanın olur. Bu baxımdan azadlıq var. Amma burada təzyiq fərqlidir. Hər həftə qələbə qazanmaq məcburiyyətindəsən”.
Messi daha əvvəl “Barselona” və PSJ-də çıxış edib. O, 2023-cü ilin avqustundan “İnter Mayami”nin formasını geyinir.