Avro-2024-ün D qrupunda iyunun 21-də keçiriləcək Polşa – Avstriya oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü türkiyəli referi Halil Umut Meler idarə edəcək. Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcəklər.
VAR hakimi İtaliyalı Paolo Valeri və köməkçisi türkiyəli Alper Ulusoy olacaq. Dördüncü hakim funksiyasını isə sloveniyalı Rade Obrenoviç yerinə yetirəcək.
Polşa – Avstriya oyunu saat 20:00-da start götürəcək.
Halil Umut Meler birinci turda Belçika – Slovakiya görüşündə söz sahibi olub.