Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vizler mayın 22-də Ermənistan parlamentinin iclasında qərəzli bəyanatla çıxış edərək Qarabağdan könüllü çıxan ermənilərin “ürəkağrısı” ilə “halına yanmış”, Azərbaycanı guya hansısa “itkin düşmüş şəxslərin” siyahısını təqdim etməyə çağırıb. Qərbi Azərbaycan İcması olaraq Vizlerin Azərbaycanı “etnik təmizləmədə” günahlandırmağa cəhd edən və müharibə cinayətlərində, eləcə də insanlıq əleyhinə cinayətlərdə və terrorçuluqda əli olan şəxslərin “azad edilməsini tələb edən” bəyanatını rədd edir və kəskin şəkildə qınayırıq.