Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu NATO xarici işlər nazirlərinin Riqada keçirilən toplantısı əsnasında ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.
Çavuşoğlu bu görüşün ardınca Twitter hesabından paylaşdıəğı mesajda yazır ki, onlar Efiopiya, Ukrayna, Suriya və Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Çavuşoğlu bildirib ki, o amerikalı həmkarı ilə prezident Recep Tayyip Erdoğan və ABŞ lideri Co Baydenin Romada apardıqları müzakirələr və qəbul olunan qərarlar barədə fikir mübadisləsi aparıb.