Polşalı futbol eksperti Ryan Hubbard ingilis klubunun telekanalına verdiyi müsahibədə Mahir Emreli barədə danışıb:
“Mahir Emreli yeni transfer olduğu Legia`nın Leicester ilə keçiriləcək oyununda əsas ümidlərindən biri olacaq. O, Azərbaycan millisinin üzvüdür və bu yay Qarabağ klubundan transfer edilib.
Mahir son olaraq ötən həftənin sonunda fərqlənib. Onun vurduğu qol qeyri-adi, ağlasığmaz idi. Mahir çox yaxşı hücumçudur, onun çox güclü sol ayağı var. Mahir Emreli Leicester`in müdafiəsi üçün ciddi təhlükə ola bilər”.
(qol.az)