Koeman: Mərkəz hücumçumuz yoxdur
Barcelona`nın baş məşqçisi Ronald Koeman komandanın cari mövsümündəki performansını dəyərləndirib.
ONBİR holland mütəxəssisin İspaniya mətbuatına verdiyi açıqlamasını təqdim edir:
“Komandamdakı bütün oyunçulara güvənirəm. Messi və Dembele kimi hücumun hər yerində çıxış edə biləcək oyunçularımız var. Amma əsas problem də elə hücumdadır. Az qol vurmağımıza səbəb mərkəz hücumçumuzun olmamasıdır.
Mərkəz hücumçu seçimində Martin Braithwaite ya da Antoine Griezmann arasında qalsam, Martin`i seçirəm. Çünki o, daha yaxşı oynayır.
Ancaq bu, heç bir halda Antuan`ın komandadan göndəriləcəyi anlamına gəlməməlidir. Qarşıda oyunlarımız çoxdur və bütün futbolçular bizə lazımdır.
Bizə daha öndə oynayan hücumçu lazım olduğunu mövsümün əvvəlindən demişəm. Bununla rəqabəti gücləndirib qollarımızın sayını artıra bilərdik”.
Qeyd edək ki, Luis Suarez Atletico`ya keçdikdən bəri Barcelona “9” nömrə problemi yaşayır.
The post Koeman: Mərkəz hücumçumuz yoxdur appeared first on ONBİR.