Neftçi`nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasında yayımlanmış “Həmsöhbət” verilişində danışıb.
ONBİR gənc mütəxəssisin açıqlamalarını təqdim edir:
“Əvvəldən müraciət yox idi. Ümumiyyətlə, “Neftçi”də bu cür söz-söhbətlər də yox idi. Komanda baş məşqçisi ilə yola davam edirdi. Mənə qədər olan söhbətlərin çox da içərisində olmamışam. Öz barəmdə onu deyə bilərəm ki, mənimlə danışılmamışdı. Qərar anidən və bu gün oldu.
İndi bura baş məşqçi kimi gəlirəm. Neftçi`də futbolçu və ya baş məşqçi olmaq başqa hissdir. Onun tarixinə imza atmaq tamam başqa hissdir. Bu ümidlə və arzu ilə yaşayıram. Necə ki, futbolçu olanda yaşamışam. Mənim yerimə burada kim oturursa-otursun özünün yox, Neftçi`nin hədəfindən danışmalıdır. Neftçi`nin hədəfləri həmişə yüksək olub. Mənim də həm arzum, həm də istəyim hədəflərə birlikdə çatmaqdır. Ən yüksək hədəflər üçün buradayıq.
Hazırda Neftçi“dəki futbolçular mənim bəyəndiklərimdir. Onların keyfiyyəti, potensialı məni qane edir. Əsas onların içinə düşməkdir ki, görək meydanda nələr edə bilirlər. Sabah məşqlərə başlayacağıq. Mənim üçün bir az mənfi olan odur ki, oyunçular azdır. Çoxları milli komandalardadır. Noyabrda buraya baş məşqçi gəlmişəmsə, hər vaxt bizim üçün qızıla bərabərdir”.
(Qol.az)
The post Neftçi`nin yeni baş məşqçisi Samir Abasov: Ən yüksək hədəflər üçün buradayıq appeared first on ONBİR.