Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu fevralın 4-də deyib ki, Rusiya fevralın 3-də İdlibə endirilmiş zərbə kimi hadisələrin təkrar olunmaması üçün Suriya hökuməti üzərindəki nüfuzundan istifadə etməlidir.
Bu hadisə zamanı Türkiyə əsgərləri öldürülüb.
Çavuşoğlu jurnalistlərə özünün rusiyalı həmkarı ilə telefon söhbəti barədə məlumat verib:
"Suriya rejimi özünün aqressiv hərəkətlərini dərhal dayandırmalıdır. Mən Sergei Lavrova məhz belə dedim”.
Fevralın 3-də Suriya hökumət qoşunlarının İdlib qəzasındakı qiyamçı istehkamını atəşə tutması nəticəsində 7 Türkiyə hərbçisi və bir dinc sakin öldürülüb.
Suriya tərəfi bu məlumatları təsdiq etmir.
Lavrov: Türkiyə öhdəliklərə əməl etmir
Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosachev deyib ki, İdlibdə hərbi əməliyyatların eskalasiyası Rusiya və Türkiyə arasındakı hərbi əlaqələrin möhkəmliyi üçün ciddi sınaqdır.
Fevralın 4-də Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Türkiyə tərəfiindiyədək “İdlib problemini kökündən həll edəcək” öhdəliklərini yerinə yetirə bilməyib.
Lavrovun bu barədə “Rossiyskaya gazeta” qəzetinə müsahibəsi Rusiya XİN-in internet saytında dərc olunub.
Suriyada qiyamçıları dəstəkləyən Türkiyə və Bashar Assad rejiminin əsas müttəfiqi Rusiya 2017-ci ildə İdlib qəzasında de-eskalasiya barədə razılıq əldə ediblər.
Lakin bu razılaşma dəfələrlə pozulub.