Добавить новость


World News


Новости сегодня

Новости от TheMoneytizer

QHT sədrinə 4 il həbs tələbi var

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadəyə 4 il həbs cəzası kəsilməsi, onun məhkəmə zalındaca həbs edilməsi istənib. İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokurorun təklifi belə olub.


Televiziya kanallarında uşaq hüquqlarının müdafiəsiylə bağlı ekspert qismində çıxış edən Kəmalə Ağazadə dələduzluqda və rüşvət verməyə cəhddə suçlanır.


İttihamda yazılıb ki...


İttihamda yazılıb ki, Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından "Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin həyata keçirilməsindən ötrü Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edib.


Layihənin icrası üçün müxtəlif adamlar cəlb olunub, onlarla xidmət müqavilələri bağlanıb. Layihə başa çatanda isə işçilərdən Səhiyyə Nazirliyinin məsul şəxslərinə rüşvət vermək adıyla pullar alınıb. İddiaya görə, təşkilat rəhbəri işçilərə deyib ki, bu yolla layihənin daha bir xeyli müddət uzadılmasına nail olacaq.


Kəmalə Ağazadənin nazirliyə çatdırmaq adıyla pul alıb aldatdığı iddia olunan zərərçəkmişlər arasında onun qardaşının keçmiş həyat yoldaşı Həcər Kəngərli də var.


Cinayət işinin materiallarında yazılıb ki, QHT sədri Həcər Kəngərlidən 3 min 600 manat, Mahir Bayramov və Mahirə Sadıqovanın hər birindənsə 2 min 100 manat pul alaraq, şəxsi ehtiyaclarına xərcləyib.


Kəmalə Ağazadə özünü təqsirli bilmir və ittihamda yazılanların yalan olduğunu, şəxsi münasibətlərə görə ona böhtan atıldığını söyləyir.


CM-in 178 (dələduzluq) və 312-ci (rüşvətvermə) maddələriylə ittiham olunan Kəmalə Ağazadə həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus