Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

‘Aqrolizinq’ rəhbərinin ailəsiylə bağlı 51 min manatlıq qalmaqal

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin rəhbəri Seymur Mövlayevin atası iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.


Söhbət oğurluqla bağlı cinayət işindən gedir. Prosesdə oğlunun adı hallansa da, Aydın Mövlayev bu iş üzrə zərərçəkmiş sayılır. İddia edilir ki, oğurluq Seymur Mövlayevin evində baş verib.


Bu işə görə məhkəmə önünə çıxarılan 4 nəfərə Mövlayevlərin mənzilinin qarət olunmasıyla yanaşı, başqa oğurluqlara görə də ittiham verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.


İttihama görə, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunis İsmayılov paytaxt Bakının Nəsimi rayonunda yerləşən evlərdən oğurluq ediblər.


“Əslində, zərərçəkmiş heç Aydın Mövlayev deyil, onun oğludur”


Vurğun Həsənov və Yunis İsmayılov özlərini tam, Vurğun İbrahimovla Emin Şirinovsa qismən təqsirli bilir. Təqsirləndirilən şəxslər törətmədikləri bəzi cinayətlərin də onların üzərinə qoyulmasını, bir də oğurladıqları pulun məbləğinin, qızılların dəyərinin şişirdilməsini iddia edirlər.


E.Şirinovun vəkili Ceyhun Yusifov deyir ki, Mövlayevlərin mənzilindən təxminən 4 min manatlıq qızıl oğurlanıb, istintaq orqanı məbləği 51 minədək şişirdib: “Əslində, zərərçəkmiş heç Aydın Mövlayev deyil, onun oğludur. Buna görə də cinayət işinin istintaqa qaytarılmasını istəyirik”.


Vəkilin vəsatəti baxılmamış saxlanılıb. Ardından “Aqrolizinq” rəhbərinin atası dindirilib. Aydın Mövlayev deyir ki, ev oğlunun yox, elə özünündür: “Oğlum zəng eləyib dedi ki, evə giriblər. Evə çatanda yataq otağının darmadağın olduğunu gördüm. Pəncərəni açıq qoyub getmişdik, onlar da oradan daxil olub. Tez polisə məlumat verdik”.


“Dəymiş ziyanın ödənilməsini tələb edirəm”


A.Mövlayevin sözlərinə görə, evdə döşəyin altından pul, bir də qızıl-zinət əşyaları aparılıb. Dəymiş toplam ziyan 51 min manatdır: “Dəymiş ziyanın ödənilməsini tələb edirəm”.


Vəkil hakimlərə deyib ki, A.Mövlayev ilkin ifadəsində qızıllarının Mingəçevirdə qaldığını söyləyib. Zərərçəkmişə belə bir ərizə yazmadığını söyləyir.


Təqsiləndirilən Vurğun İbrahimov həbs olunarkən, işgəncələrə məruz qalmasından danışaraq, bildirib ki, başqa oğurluqlarda iştirakını etiraf edir, amma Nərgiz Abdullayevaya qarşı soyğunçuluqda onun heç bir rolu olmayıb: “Həmin vaxt mən öz evimdə olmuşam. Heç xəbərim olmayıb. Nəsimi polisində məni o qədər döydülər ki, yerimdən tərpənə bilmirdim. İzlər uzun müddət bədənimdən getmirdi. Məcbur olub, bu epizodu da boynuma götürdüm, amma o işdən mənim xəbərim olmayıb”.


O evdə pul olmayıb?


O, Mövlayevlərin evindən 51 min manatlı pul və qızılın oğurlanması barədə iddiaları da yalanlayıb. Bildirib ki. o evdən, ümumiyyətlə, pul aparmayıblar. Qızılları da təxminən 4 min manata satıblar: “O evdə pul olmayıb”.


Məhkəmə davam edir.


Seymur Mövlayev bu il mayın əvvəlində yeni nazir İnam Kərimovun əmriylə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus