BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın şərqində “atəşkəsin davamlı pozulması”nı pisləyib, ağır silahları geri çəkməyə çağırıb.
İyunun 6-da Fransa və Almaniyanın təşkilatçılığı ilə qəbul olunmuş qətnamədə şura BMT-nin dinc sakinlərə kömək səylərini genişləndirməyə çağırır.
Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasında dörd ildir gedən münaqişədə 10 min 300-dən çox ölən olub.
Qətnaməni şuranın 15 üzvünün hamısı – Rusiya, Fransa, Almaniya və Birləşmiş Ştatlar da dəstəkləyib.
Sənəddə Ukraynanın şərqindəki təhlükəsizlik durumundan, onun dinc əhaliyə ağır təsirindən dərin narahatlıq ifadə olunur.
Təhlükəsizlik Şurası münaqişə tərəflərini 2015-ci ildə Belarusun paytaxtı Minskdə əldə olunmuş sülh razılaşmasını yerinə yetirməyə səsləyir.