Kanadanın Ontario vilayətində restoranda partlayış törədilib, rəsmilər 15 nəfərin xəsarət aldığını bildirir.
Partlayış paytaxt Torontodan 30 kilometr qərbdə baş verib. İki naməlum şəxs restorana girərək əldəqayırma cihazı partladıb, sonra da hadisə yerindən qaçıb.
15 nəfər xəstəxanaya aparılıb, üçünün yarası ağırdır.
Hələlik, partlayışa görə məsuliyyəti götürən olmayıb.
Polis Twitter-də restorana girən, birinin əlində əşya olan iki nəfərin fotosunu yerləşdirib.
Bir ay öncə Torontoda kütlənin üstünə furqon sürülmüş, 10 nəfər ölmüş, 15 nəfər yaralanmışdı.