Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

Elmar Məmmədyarov Parisdə həmsədrlərlə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün, mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.


ATƏT-in Minsk Qrupu həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Visconti, ABŞ-dan isə Andrew Schofer-dir.


Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.


Onun bildirdiyinə görə, görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.


Nazir Elmar Məmmədyarovun Azərbaycanın münaqişənin tezliklə həll edilməsindən ötrü intensiv danışıqlara hazır olduğunu bir daha ifadə etdiyi bildirilir.


Görüş əsnasında danışıqlar prosesinin irəliləməsi məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin həyata keçirəcəyi tədbirlər, həmçinin regiondakı vəziyyətin də ətraflı müzakirə olunduğu qeyd edilir.


Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Parisə səfər edib.


Bu il Azərbaycanda və Ermənistanda prezident seçkisi keçirilib. Ermənistanda prezident seçkisi martın 2-də, Azərbaycanda isə aprelin 11-də keçirilib.


Seçkilər ərəfəsində sülh danışıqları ilə bağlı tənzimlənmə prosesinə müvəqqəti ara verildiyi açıqlanmışdı.


Xatırlatma


Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.


Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.


Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və “ümumu dövlət” konsepsiyası.


Birinci varianta görə, işğal edilmiş ərazilərin qaytarılması ilə status məsələsi paket halında həll edilməlidir.


İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır.


Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib


Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən “Madrid prinsipləri”ni təklif etdikləri bildirilir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus