Ağ ev Mirziyoev-dən nə istəyəcək
Ağ evin Milli Təhlükəsizlik Şurasında Orta və Cənubi Asiya məsələlərinə nəzarət edən Lisa Curtis mayın 14-də deyib ki, Mirziyoev hakimiyyətə gələndən Özbəkistan “böyük addımlar atıb”. Mirziyoev hakimiyyətə 2016-cı ildə, Islam Karimov-un vəfatından sonra gəlib.
Curtis-in deməsinə görə, ABŞ rəsmiləri Mirziyoev-i insan haqlarının repressiyası, məcburi əmək, din azadlığı, mətbuat azadlığı ilə bağlı problemlərin həllinə çağıracaqlar.
“Bu səfər həmin islahatların həvəsləndirilməsi və təsdiqlənməsi üçün fürsətdir”, – Curtis deyib.
Mirziyoev mayın 16-da Ağ evdə prezident Donald Trump-la görüşəcək.