Zarif nüvə sazişi üzrə “konstruktiv görüş” keçirdiyini deyir
Zarif İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı sazişi qorumaq məqsədilə Çində, Rusiyada olub, son səfərini də Brüsselə edib.
O, Mogherini ilə birsaatlıq görüş keçirib. Mayın 15-də axşam saatlarında isə Almaniya, Fransa və Britaniya xarici işlər nazirlərinin birgə görüşü olacaq.
Nüvə sazişini Birləşmiş Ştatlar, İran, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıb. ABŞ prezidenti Donald Trump mayın 8-də sazişdən çıxdığını açıqlayıb, Tehranın sazişin “ruhunu” pozduğunu bildirib. AB isə ümid edir ki, Tehranı nüvə sazişinə əməl etməyə inandıracaq.
Mayın 15-də Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Macron-la telefon söhbətində sazişi müzakirə edib. Kremlin bildirməsinə görə, liderlər sazişə sadiq qaldıqlarını bir daha dilə gətiriblər.