Rusiyadan Olimpiya Atleti Alina Zagitova fevralın 23-də Pxençxan oyunlarında Rusiyaya ilk qızıl medalı qazandırıb. O, komanda yoldaşı Yevgeniya Medvedeva-dan önə çıxıb.
Konkisürmə üzrə 15 yaşlı fenomen Zagitova qızıl, 18 yaşlı Medvedeva isə gümüş medal əldə edib.
Bürünc medalı isə Kanadadan Kaetlyn Osmond qazanıb.
Ötən ay Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyadan yalnız 168 atlet dəvət edib, onlar Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirakdan ötrü dopinq qaydalarını pozmadıqlarını sübut etmiş idmançılardır.