İdman üzrə Arbitrasiya Məhkəməsi (CAS) fevralın 22-də bildirib ki, rusiyalı kerlinqçi Aleksandr Krushelnitsky antidopinq qaydalarının pozulmasında təqsirli bilinib.
Məhkəmənin qərarına görə, kerlinq üzrə Rusiyadan Olimpiya Atletləri (OAR) komandası yarışmadan kənarlaşdırılır və bürünc medalı əlindən alınır.
CAS daha öncə Krushelnitsky işi üzrə məhkəməni ertələyib, çünki o, prosesdə iştirak hüququndan imtina etdiyini bildirib.
Amma Krushelnicky bəyanatda bilərəkdən dopinq qəbul etmədiyini deyib.
***
Rusiyalı kerlinqçi Aleksandr Krushelnitsky Olimpiya oyunlarında qazandığı bürünc medalı qaytaracaq. O, Pxençxan yarışlarında dopinq testindən keçməyib. Məlumatı Rusiya Kerlinq Federasiyasının sözçüsü fevralın 22-də rus mediasına verib.
Krushelnitsky həyat yoldaşı Anastasia Bryzgalova ilə birlikdə bürünc medal qazanandan sonra onda qadağan olunmuş meldonium maddəsi tapılıb. Bu maddənin qan dövranını yaxşılaşdırdığı bildirilir.
İdman üzrə Beynəlxalq Arbitrasiya Məhkəməsi fevralın 22-də bu iş üzrə məhkəmə dinləməsi keçirəcək. Amma Krushelnitsky Rusiyanın TASS dövlət xəbər agentliyinin yaydığı bəyanatında bildirib ki, dinləmədə iştirak hüququndan imtina edəcək.
Bu arada Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya komandasının olimpiya oyunlarının bağlanış mərasimində iştirakıyla bağlı qərar verməlidir. Qərar fevralın 24-nə gözlənir.
Rusiya dörd il öncə Soçi olimpiadasında genişmiqyaslı dopinq istifadəsinə görə Pxençxan oyunlarından uzaqlaşdırılıb. BOK yalnız 168 rusiyalı atleti oyunlara dəvət edib.