150-dən çox xizəkçi xilas olunub
Əməliyyat iki saat çəkib və xəsarət alan olmayıb.
Kanat yolunun xarab olması səbəbi bəlli deyil. Bu kanat Şanrus kurortunu Croix Chamrousse zirvəsiylə birləşdirir.
Əməliyyatda iki vertolyot iştirak edib, xilasedicilər xətdə qalmış kabinələrə enərək xizəkçilərin iplərlə 25 metr aşağıdakı dağların ətəyinə enməsinə yardımçı olublar.
Milad bayramında və hava yaxşı keçəndə bu ərazidəki kurortlar turistlə dolu olur.