"Qarabağ" futbol klubu legioner oyunçularından biri ilə danışıqlara başlayıb. Ağdam təmsilçisi Mateus Silvanı komandada saxlamağı planlaşdırır. Day.Az xəbər verir ki, klub artıq braziliyalı futbolçuya yeni müqavilə təklif edib. Baş məşqçi Qurban Qurbanov Mateusun komandada qalmasını arzulayıb.