Alimlər qəhvənin insan bağırsaqlarında bəzi faydalı bakteriyaların sayını artırdığını aşkar ediblər. Day.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Nature Microbiology" yazır. Mütəxəssislər qəhvə içənlərlə qəhvə içməyənlərin bağırsaq mikrobiomlarını müqayisə edərək, onların bəzi əhəmiyyətli fərqlərinin olduğunu qeyd ediblər.