Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.