"Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları" təsdiq edilib. Day.Az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" qərar ləğv edilib.