Dubayda yerləşən "Emirates" aviaşirkəti Bağdada uçuşların ləğv edilməsini dekabrın 14-dək uzadıb. Day.Az-ın məlumatına görə, bu barədə aviaşirkətin saytında bildirilib.
""Emirates"in Bağdada və oradan qayıdış reysləri 14 dekabr 2024-cü il daxil olmaqla ləğv edilib", - deyə qeyd edilib.