Alman avtomobil nəhəngi "Volkswagen" son dövrlərdə ciddi çətinliklərlə üzləşir. Bir neçə il əvvəl karbon emissiyası qalmaqalı ilə gündəmə gələn şirkət elektrikli avtomobillərə keçid edəcəyini bəyan etsə də, bu sahədə gözlənilən nəticəni əldə edə bilməyib.