İspaniyanın Alikante əyalətində (Valensiya muxtar icması) zavodun sənaye anbarında partlayış baş verib. Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir. Məlumata görə, nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər cəlb edilib.