Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Dəllər kəndində baş vermiş insident zamanı 7 nəfər bıçaqlanıb. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə toy mərasimində baş verib. Məlumata görə, toyda rayonun Dəllər və Darvaz kəndlərindən olan gənclər arasında yaranmış mübahisə kütləvi davaya çevrilib.