Dövlət Gömrük Komitəsinin hədə-qorxu ilə külli miqdarda rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunan sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.