Rusiya Ukrayna müharibəsi gözlənilənin əksinə daha şiddətli mərhələyə qədəm qoydu. ABŞ-dəki seçkiləri uduzan demokratlar müharibəni dayandıracağını bəyan edən Trampa ATACMS sürprizi etdilər. Rusiyanın dərinliklərinin vurulması ilə bağlı icazənin verilməsi Qərbdə birmənalı qarşılanmırdı. Bir çox ekspertlər bu icazədən sonra Rusiyanın daha da aqressivləşəcəyini deyirdilər. Yeri gəlmişkən, ATACMS-dan istifadə Ukraynaya baha gələcəyini bir neçə dəfə yazmışdım.