Galatasaray Henry Onyekuru`nun komandadakı gələcəyi ilə bağlı açıqlama yayımlayıb.
ONBİR “Sarı-qırmızılar”ın verdiyi həmin açıqlamanı təqdim edir:
“Monaco`nun mövsüm əvvəli hazırlıqlarına dəvət etdiyi Onyekuru`nun müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlarımız davam edir. Oyunçuya və klubu Monaco`ya heç bir borcumuz yoxdur”.
Qeyd edək ki, 23 yaşlı cinah hücumçusu icarə əsasında çıxış etdiyi Galatasaray`da 16 matçda iştirak edib və 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.