Borussia Dortmund klubunun aşağı yaş kateqoriyalarında çalışmış məşqçilərdən biri olan Benjamin Hoffmann Jadon Sancho`nun gələcəkdə ən yaxşı oyunçulardan biri olacağını söyləyib.
ONBİR alman mütəxəssisin Goal`a verdiyi müsahibəni təqdim edir:
“Jadon`la işləyərkən ona istədiyi sərbəstliyi verdim, çünki başqa cür onu motivasiya edə bilməzsiniz. Sancho aşağı yaş kateqoriyalarındakı ən yaxşı matçını UEFA Gənclər Liqasında Real Madrid`ə qarşı oynamışdı. Bruun Larsen və Alex Isak ilə hücum üçlüyünü tamamlayan Sancho göstərdiyi performansla bu yaş qrupuna aid olmadığını sübut etdi və yekunda da qarşılaşmanı 5-3 hesabı ilə qazandıq”.